» » » Sürücülərə şad xəbər: Evakuatorun heyətinə cərimə

Sürücülərə şad xəbər: Evakuatorun heyətinə cərimə

Sürücülərə şad xəbər: Evakuatorun heyətinə cərimə

Bu öz əksini İXM tapıb.

Bu gün yeni qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində sürücülər üçün bir çox yeniliklər var.

ucarliyiq.biz Avtostop jurnalına istinadən xəbər verir ki, yeniliklərdən biri evakuatorlarla bağlıdır.

Belə ki, avtomobil evakuasiya edilən zaman, siz gəlib avtomobilə yaxınlaşsanız, bu zaman avtomobil sizə qaytarılmalıdır.   

Əvvəllər YPX haqqında təlimatda belə bir müddəa var idi. 

“5.10. Bu təlimatın 5.8-ci bəndində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda və nəqliyyat vasitəsinin qadağan olunmuş yerdən kənarlaşdıra bildikdə nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir”.

İndi isə yeni qanunvericiliyə əsasən bu təlimatın 5.10-cu bəndi yerinə yetirilmədikdə evakuatorun heyətinə (YPX inspektoruna) cərimə yazılır.

Bu öz əksini İXM-nin 341-ci maddəsindəi tapıb.

Maddə 341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətlər bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə -  iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 

Qaytarılmasa, həmin şəxslərə 200-300 manat cərimə təyin edilir. Lakin avtomobil sizə qaytarılsa, sizə inzibati protokol yazılmalıdır (20 manat).