» » » Bakıda aliment verməyən kişi həbs edildi

Bakıda aliment verməyən kişi həbs edildi

Bakıda aliment verməyən kişi həbs edildi

O, narazı qalıb.

Məhkəmənin hökmünü icra etməməkdə təqsirləndirilən Mehrəliyev Fərhad Məcid oğlu barəsindəki hökmdən apellyasiya şikayəti verib.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 4-nə təyin edilib.

İşə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Üç uşaq atası olan F.Mehrəliyev həyat yoldaşından boşanıb. O, təyin olunmuş alimenti vermədiyinə və məhkəmənin müvafiq qərarını icra etmədiyinə görə cəzalandırılıb. Belə ki, F.Mehrəliyev Xətai Rayon Məhkəməsinin hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

F.Mehrəliyev Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunub.