» » » Yasamalda sirli qeyblər

Yasamalda sirli qeyblər

Yasamalda sirli qeyblər

Maşın var, kişi isə yoxdur.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları artıq on gündür ki, Məhəmməd Miriyevin sirli qeybi üzərində baş sındırırlar.  
 
ucarliyiq.biz xəbər verir ki, bu barədə Sputnik-ə Yasamal rayon 28-ci Polis Bölməsindən bildiriblər.
 
Miriyevin qohumlarının sözlərinə görə, o, evdən fevral ayının 21-də ona məxsus “90 EL 875” dövlət nişanlı “Mercedes” markalı maşında çıxıb. Fevralın 23-də polislər avtomobili Şərifzadə küçəsində 1 saylı binanın qarşısında aşkar ediblər.
 
Amma Miriyevi tapmayıblar. Qohumları məəttəl qalıblar: Miriyev getdiyi yeri demədən evdən çıxmazdı. Əməliyyatçılar onun başına nə gəldiyi barədə suala cavab tapmaqda çətinlik çəkirlər, amma onun sağ olmasına ümid edirlər.
 
Asayiş keşikçilərinin sözlərinə görə, analoji hadisə keçən ilin sonunda Yasamal rayon 29-cu Polis Bölməsinin ərazisində baş verib.
 
Həmin ərazidə dekabrın 14-də “Sədərək” ticarət mərkəzinin (“Meyvəli” bazarı) ərazisindən Bakıda yaşayan Şəmkir rayon sakini Bayramov Elçin Fəxrəddin oğlu yoxa çıxıb. O, mal daşıdığı “Ford Transit” yük avtomobili ilə yoxa çıxıb.
 
Bu ilin əvəlində həmin maşını Quba rayonu ərazisində, yoldan 7-8 km aralıda qarın altında aşkar ediblər. Bayramovun itkin düşməsinə dair AR CM 120-ci maddəsi üzrə (qəsdən adam öldürmə) cinayət işi açılıb. Bayramovun qətl hadisəsinin qurbanı olması ehtimalı var, iş araşdırma üçün Quba RPİ verilib.
 
Miriyevin qohumları isə onun tapılmamasına dair fikri qəbul etmirlər. Yasamal RPİ-də Miriyevin itkin düşməsinə dair AR CM 120-ci maddəsi üzrə (qəsdən adam öldürmə) cinayət işinin açılacağını ehtimal edirlər.