» » » Azərbaycanda ailə qurmaq istəyən 71 nəfərdə İİV aşkarlandı

Azərbaycanda ailə qurmaq istəyən 71 nəfərdə İİV aşkarlandı

Azərbaycanda ailə qurmaq istəyən 71 nəfərdə İİV aşkarlandı

328 nəfərdə isə sifilis tapılıb.

“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq ötən il iyunun 1-dən bu günə qədər nikaha daxil olmaq istəyən 107 500 insan tibbi müayinədən keçib

ucarliyiq.biz Reporta istinadən xəbər verir ki, bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun talassemiya-profilaktika şöbəsinin müdiri Aysel Mikayılzadə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 6 228 nəfərinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb.

“Bu haqda onların özlərinə də məlumat verilib. Müayinə aparıldığı gündən indiyə qədər 48 cütlükdə, yəni həm oğlanda, həm də qızda talassemiya aşkarlanıb. Hətta xəstəlik aşkarlanandan sonra evlənməkdən imtina edənlər də olub. Müayinələrin nəticələri həmin şəxslərin qeydiyyatda olduqları tibb müəssisələrinə göndərilir”, - A.Mikayılzad bildirib.

Şöbə müdiri vurğulayıb ki, son səkkiz ayda 71 nəfərdə İİV infeksiyası, 328 nəfərdə isə sifilis olduğu müəyyən edilib.

“İİV infeksiyası ilə bağlı məlumatlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. Çünki həmin şəxsləri təkrar müayinədən keçirməlidirlər”, - o, qeyd edib.

Qeyd edək ki, Ailə Məcəlləsinə edilən dəyişikliklərdən sonra 2015-ci ilin iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib.