» » » Mikayıl Cabbarov: I sinfə gedəcək şagirdlərin sayı artacaq

Mikayıl Cabbarov: I sinfə gedəcək şagirdlərin sayı artacaq

Mikayıl Cabbarov: I sinfə gedəcək şagirdlərin sayı artacaq

“Bu yeni müəllim hazırlığı deməkdir. ”

Bu il Azərbaycanda I  sinfə gedəcək şagirdlərin sayı artacaq. 

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müsbət demoqrafik vəziyyətin nəticəsi olaraq hər il 1-ci sinfə gələn şagirdlərin sayı artır və növbəti 4-5 ildə də müşahidə olunacaq. 

Nazirin sözlərinə görə, bu da öz növbəsində təhsil sistemi üçün bir sıra çağırışlar - yeni siniflərin yaradılması, yeni müəllim hazırlığı deməkdir.

Bu istiqamətdə zəruri tədbirlər həyata keçirildiyini deyən M.Cabbarov əlavə edib ki, ötən ildən I siniflərə elektron qəbula başlanılıb: 

“Bunun məqsədi prosesin sadələşdirilməsi, şəffaflaşdırılması, insan ünsiyyətinin və faktorunun miniuma endirilməsidir”.