» » » Uşaqlarınıza bu adları verə bilərsiniz: İlig, Fəsaləddin, Fərhəng ... - VİDEO

Uşaqlarınıza bu adları verə bilərsiniz: İlig, Fəsaləddin, Fərhəng ... - VİDEO

Uşaqlarınıza bu adları verə bilərsiniz: İlig, Fəsaləddin, Fərhəng ... - VİDEO

Azərbaycanda icazə verilən yeni insan adları.

Fəsaləddin, İmad, İlnamə, İlig. Hətta Fərhun, Fərhəng, Fəridəddin. 

ucarliyiq.biz-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, bunlar Azərbaycanda icazə verilən yeni insan adlarıdır. 

Bu qəribə adlar yaxın vaxtlarda çap olunacaq “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”ndə də yer alacaq. Daha da maraqlısı lüğətə salınan altı mindən artıq ad arasında belələri çoxdur.

İlig, Fəsaləddin, İlkün, İlnamə, İlzər...

Bunlar Terminologiya Komissiyası tərəfindən hazırlanan adlar siyahısından bir neçə nümunədir. Yeni lüğətdə geniş yayılmış adlarla yanaşı, qeyri-ənənəvi adlar və onların izahı da var. Məsələn, elin sərvəti mənasını verən İlzər, dayaq, sütun mənasında olan İmad, mənası əlahiddə şəxs olan İlxas, Şahzadə, hökmdar övladı mənasında olan İlig adları kimi...

Siyahıda “şən, şad, sevincək" mənasını verən Fərhan, Fərhun, “maarif, mədəniyyət” mənasında olan Fərhəng, mənası “Dinin ən yaxşı nümayəndəsi” olan Fəridəddin adı da var.

Azərbaycan dilində "el" hecası ilə başlayan Elgiz, Elman, Elnur, Elvin kimi adların siyahıda “il” hecası ilə başlayan versiyaları da əks olunub. Mənaları da eynidir. İlman el adamı, İlvin elin etibarlı dostu, İlnur elin nuru, deməkdir. Bununla yanaşı, elin məktubu mənasında olan İlnamə, “oddan doğulan” mənasında Fərzənd, Dinin hökmü mənasında Fəsaləddin adları da var.