» » » Nazir Türkiyəyə getdi

Nazir Türkiyəyə getdi

Nazir Türkiyəyə getdi

Tədbirdə Azad Rəhimovun çıxışı nəzərdə tutulub.

Gənclər və idman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərin 1-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə yola düşüb. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-ə verilən məlumata görə, iclasda 2016-cı ildə Gənclər Festivalının, 2017-ci ildə Türk Şurası gənclər və idman məsələlərinə məsul nazirlərin 2-ci iclasının və 2018-ci ildə Türkdilli Dövlətlərin Universitet İdman Oyunlarının (Türk Universiadası) Azərbaycanda  təşkili məsələlərinə də baxılacaq.

Nazir Azad Rəhimovun tədbirdə çıxışı nəzərdə tutulub.