» » » Civə dağıldıqda nə etməliyik? – VİDEO

Civə dağıldıqda nə etməliyik? – VİDEO

Civə dağıldıqda nə etməliyik? – VİDEO

FHN əhaliyə müraciət edib.

Fövqəladə Hallar Nazirliyi (FHN) məişətdə civə dağılmaları ilə bağlı əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, müraciətdə bildirilir ki, məişətdə civə dağılmaları ilə əlaqədar Nazirliyin “112” qaynar xəttinə çoxsaylı zənglər daxil olur: 

“Civənin insan orqanizmi üçün təhlükəli maddə olduğunu nəzərə alaraq, bununla bağlı bir sıra təhlükəsizlik qaydalarını xatırladırıq.

Məişətdə, əsasən, tibbi termometrlərin tərkibində rast gəlinən civə çox zəhərli metaldır. 

Belə ki, dağılan civə kiçik kürəciklərə ayrılır, asanlıqla döşəmə, divar və mebeldəki çatlara daxil olur, tədricən buxarlanaraq insanı zəhərləyir.

Məişətdə civə dağıldıqda nə etməli:

- dağılmış civəyə toxunmayın;
- insanları və ev heyvanlarını otaqdan çıxarın;
- digər otaqların qapılarını bağlayın;
- civə dağılan otağın pəncərəsini açın;
- “112” qaynar xəttinə məlumat verin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisini gözləyin.

Civəni müstəqil yığmaq zərurəti yaranarsa:

- əllərinizə mütləq rezin əlcək geyinin, ağzınızı yaş tənziflə bağlayın;
- civəni nəm vərəq və ya pambıqla, skotç, plastır və ya rezin pipetka ilə toplayaraq içində soyuq su olan bankaya yığıb, ağzını kip bağlayın;
- həmin yeri sabunlu-sodalı, xlorlu və ya marqanslı məhlulla silin;
- bankanı və civəyə toxunmuş digər əşyaları (əlcək, skotç, termometr və s.) FHN əməkdaşlarına təhvil verin.

Yadda saxlayın: dağılmış civəni tozsoran və ya süpürgə ilə toplamaq, kanalizasiya və ya zibil qutusuna atmaq olmaz!"

Təhlükə zamanı əhaliyə 112-yə zəng etmək tövsiyə olunur.