» » » Azərbaycanda yeni cərimə – 500 manat

Azərbaycanda yeni cərimə – 500 manat

Azərbaycanda yeni cərimə – 500 manat

İXM dəyişiklər edilə bilər.

Azərbaycanda ixtisaslaşdırılmış tibbi yardımın göstərilməməsi hallarına görə cəza tətbiq olunacaq. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni maddənin əlavə olunması müzakirəyə çıxarılıb.

Yeni 215.3-cü maddəyə görə, ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada göstərilmədiyi hallarda 500 manat miqdarında cərimə tətbiq olunmalıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.