» » » “Günəşli” qəzasında itkin düşənlərin axtarışı ilə bağlı – MƏLUMAT

“Günəşli” qəzasında itkin düşənlərin axtarışı ilə bağlı – MƏLUMAT

“Günəşli” qəzasında itkin düşənlərin axtarışı ilə bağlı – MƏLUMAT

Müşahidə-axtarış fazası başlayır.

Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşmüş şəxslərin axtarışı ilə bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən ucarliyiq.biz-a  daxil olan məlumatda bildirilir ki, ötən il dekabr ayının 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün FHN aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Belə ki, hadisə baş verən ilk gündən nazirliyin müvafiq qüvvələri, o cümlədən təyyarə və helikopterləri qəza nəticəsində itkin düşən neftçilərin axtarışını intensiv şəkildə həyata keçirib.

“Bununla əlaqədar bildiririk ki, hazırda axtarış işlərində qüvvə və vasitələrin geniş və intensiv tətbiq edildiyi aktiv fazadan müşahidə-axtarış fazasına keçilib.

Belə ki, baş vermiş qəza və neftçilərin itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən Xəzəryanı ölkələrin müvafiq dövlət qurumlarına, Xəzər dənizində üzən gəmilərə isə Dövlət Dəniz Administrasiyası vasitəsilə məlumat verilib və daimi olaraq məlumat mübadiləsi həyata keçirilir. 

Bundan başqa, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hazırda sahilboyu, Aviasiya dəstəsinin helikopterləri isə mütəmadi olaraq müşahidə-axtarış işləri aparır. İtkin düşmüş neftçilərlə bağlı dənizdə aşkar edilən hər hansı diqqət çəkən predmet aşkar edildikdə dərhal müvafiq tədbirlər görülür. 

Bütün yuxarıda göstərilən işlər nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən koordinasiya edilir”, - deyə məlumatda qeyd olunur.