» » » Azərbaycan ixrac pomidorlarının mənşəyini Moskvaya açıqladı

Azərbaycan ixrac pomidorlarının mənşəyini Moskvaya açıqladı

Azərbaycan ixrac pomidorlarının mənşəyini Moskvaya açıqladı

Bakı“Rosselxoznadzor”un heyətini qəbul etməyə hazırdır.

Azərbaycan Rusiya Kənd Təsərrüfatı Məhsullarına Federal Nəzarət Xidmətinin Azərbaycan pomidorları adı altında Rusiyaya Türkiyədən və ya Aİ-dan gətirilməsinə dair şübhələrin aradan qaldırılması üçün tədbirlər həyata keçirməyə hazırdır.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, “Rosselxoznadzor”un Azərbaycanın Rusiyadakı səfirliyinin ticarət məsələləri üzrə müşaviri Şövqi Mehdizadə ilə danışıqların gedişatında Azərbaycanın ölkənin ixrac potensialı və fitosanitar nəzarət fəaliyyəti ilə tanış olmaq üçün “Rosselxoznadzor”un nümayəndə heyətini qəbul etməyə hazır olduğu bildirilib.

Bundan əlavə, Ş.Mehdizadə Rusiyaya ixrac olunan bitki məhsullarının həcmi haqqında məlumatların verilməsi prosesinin sürətləndirilməsi və fitosanitar sertifikatların həqiqiliyinin müəyyən edilməsi üçün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin “Rosselxoznadzor”la daha sıx əməkdaşlıq etməsi üçün yardım etməyə hazır olduğunu bildirib.

Məlumat verildiyi kimi, bu il Azərbaycandan Rusiyaya pomidor ixracının 3,5 min ton artması Rosselxoznadzor”da narahatlıq doğurub, bu səbbədən də bunun türk və ya Avropa malları olması istisna edilməyib.  

Öz növbəsində, Ş.Mehdizadə Azərbaycandan Rusiyaya tərəvəz məhsullarının idxalının artması Türkiyə və Avropa İttifaqı ölkələrindən Azərbaycan vasitəsi ilə məhsulların daşınması ilə deyil, həmin ölkədə məhsuldarlığın yaxşı olması və istehsalçıların Rusiya bazarında yer tutmaq istəyi ilə bağlı olduğunu bəyan edib.

Rusiya bitki məhsullarının qeyri-qanuni ixracı riskinin artmasını nəzərə alaraq, ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının fitosanitar sertifikatlaşdırılması ilə bağlı işlərin aparılması barədə Azərbaycan tərəfini məlumatlandırıb. Bununla yanaşı, qısa müddət ərzində Azərbaycan tərəfindən verilən sənədlərin identifikasiyası mexanizminin hazırlanması iki ölkə arasında maneəsiz ticarət əməliyyatının aparılmasını təmin edəcək.