» » » İstanbul-Bakı aviareysi təxirə salındı

İstanbul-Bakı aviareysi təxirə salındı

İstanbul-Bakı aviareysi təxirə salındı

“Türk Hava Yolları” məlumat yaydı.

Martın 4-də İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) İstanbul-Bakı aviareysini təxirə salıb.

ucarliyiq.biz AzərTAc-a istinadən xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə martın 4-də İstanbul Atatürk Aeroportundan saat 08:15-ə həyata keçirilməsi nəzərdə tutulan İstanbul-Bakı aviareysi hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, THY martın 3-ü yerli vaxtla saat 22:55-ə olan İstanbul-Bakı aviareysini də təxirə salıb.