» » » IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

BDU-nun tələbələri üçün.

2 mart tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA-nın Resurs Mərkəzində Bakı Dövlət Universitetinin torpaqşünaslıq və ekologiya fakültəsinin tələbələri üçün IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunmuş təqdimat keçirilib.  

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

ucarliyiq.biz xəbər verir ki, təqdimat torpaqşünaslıq və ekologiya fakultəsinin 4-cü kurs tələbələrinin təcrübə proqramı çərçivəsində təşkil edilib və 30 nəfər tələbəni əhatə edib.

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

Tədbirdə IDEA-nın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq təcrübəsi, 5 illik fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlər barədə danışılıb. Qeyd olunub ki, gənclər bir qayda olaraq, IDEA-nın layihələrinin əsas aparıcı qüvvəsi və uğurlarının təminatçısıdır. Bu xüsusda, tələbələrə İctimai Birliyin fəaliyyətində iştirak yolları barədə məlumat verilib.

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

Təqdimatın sonunda iştirakçılarla interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

Qeyd edək ki, IDEA İctimai Birliyinin ekoloji tədris proqramının tərkib hissəsi olaraq ətraf mühit və davamlı inkişaf sahələri üzrə təhsil alan və ya bu sahələrdə fəaliyyət göstərən gənclərlə mütəmadi olaraq bu cür görüşlər, ekoloji mövzuda elmi seminarlar, təlimlər, müsabiqələr, təqdimat və mühazirələr təşkil edilir.

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

IDEA ətraf mühit sahələrində təhsil alan bütün gəncləri ekoloji problemlərə və xüsusilə onların həlli yollarına, bu yöndə həyata keçirilən tədbirlərə cəlb etmək, öz sahələrinə marağı artırmaq, ətraf mühitin mühafizəsində əvəzedilməz rola malik olduqlarını nümayiş etdirmək baxımından tələbələrlə keçirilən bu cür görüşləri səmərəli hesab edir.

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

Republikamızın digər ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün də 2016-cı il ərzində oxşar təqdimatların keçirilməsini planlaşdırılır. Bu barədə ətraflı məlumat mütəmadi olaraq, mətbuatda yerləşdiriləcəkdir.

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO

IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirildi - FOTO