» » » Məktəblərdə silah-sursat yığışdırılır

Məktəblərdə silah-sursat yığışdırılır

Məktəblərdə silah-sursat yığışdırılır

Təhsil Nazirliyi məsələyə münasibət bildirib.

Azərbaycanın ümumtəhsil məktəblərindən döyüşə yararlı silahlar yığışdırılır.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən ucarliyiq.biz-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrindən silah-sursatın yığışdırılması bədbəxt hadisələrin qarşısını almaq məqsədilə həyata keçirilir.

Məlumatda qeyd olunur ki, ümumtəhsil məktəblərindən döyüşə yararlı təlim silah-sursatının yığışdırılması prosesinə hələ ötən əsrin 90-cı illərindən başlanılıb. 

Nazirlikdən verilən məlumata görə, 2014-cü ildə şagirdlərin təhlükəsizliyi baxımından bu məsələ ilə bağlı təkrar araşdırmalar aparılaraq aşkara çıxarılan döyüşə yararlı təlim silah-sursatları müvafiq orqanlara təhvil verilib.