» » » Deputat: Pulu bankdan çıxaran kimi oğurlayırlar

Deputat: Pulu bankdan çıxaran kimi oğurlayırlar

Deputat: Pulu bankdan çıxaran kimi oğurlayırlar

“Bundan vətəndaş əlavə gəlir əldə edəcək”.

Son vaxtlar evlərin yarılması, pulların oğurlanması hallarının sayı artıb. Kimsə eşidəndə də filankəs bankda olan pulunu çıxarıb evə gətirib, bu zaman həmin mütəşəkkil cinayətkar dəstələr evlərdə “əməliyyat keçirirlər”, pulları oğurlayırlar.

ucarliyiq.biz “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri komitə sədri Siyavuş Novruzov Milli Məclisin plenar iclasında paket halında daxil olan 24 qanun layihəsinin birgə müzakirəsi zamanı dilə gətirib. 

O qeyd edib ki, sözügedən dəyişikliklər, Maliyyə Bazarlarına Nəzarət Palatası adlı qurumun yaradılması məqsədi ondan ibarətdir ki, vətəndaş evdə olan pullarını bankda saxlayacaq: 

“Vətəndaş da bankda saxladığı puldan əlavə gəlir əldə edəcək, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafına yardım edəcək”.