» » » Mahaçqalada marixuana satan iki azərbaycanlı saxlanıldı - FOTO

Mahaçqalada marixuana satan iki azərbaycanlı saxlanıldı - FOTO

Mahaçqalada marixuana satan iki azərbaycanlı saxlanıldı - FOTO

Onlar iş üstə yaxalanıblar.

Əslən Azərbaycandan olan iki nəfər Mahaçqalada narkotik vasitə - marixuana satarkən saxlanılıblar.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Federal Narkotik vasitələrin dövriyyəsinə nəzarət xidməti idarəsinin nümayəndəsi Şamil Saybulayev bildirib.

“Öncə xidmətin əməkdaşları yoxlamaq üçün narkotik vasitə alıblar, onlar 42 yaşlı kişini saxlayıblar. Bu əslən Azərbaycandan idi. Narkopolisin əməkdaşlarına onun Mahaçqalada marixuana satdığı barədə məlumat daxil olmuşdu. Əməliyyatçılar onun öz həmyerlisi ilə bərabər işlədiyini aşkar ediblər. Onun yerlisi marixuananı istifadə üçün hazırlayırdı: qurudurdu, doğrayırdı və dozalara bölürdü”, - Ş.Sabulayev bildirib.

Daha sonra həmin şəxs yaxalanıb. Onun yaşadığı yerə baxış zamanı 540 qr narkotik vasitə müsadirə ediblər. Narkotik vasitə yataq otağında paltar şkafında aşkar olunub. Narkotik vasitə kibrit qutularının içinə doldurulmuşdu.

 “Saxlanılan zaman şübhəli şəxs narkotik vasitənin təsiri altında olub”, - Ş.Saybulayev bildirib.

Saxlanılan vətəndaşlar rəsmən heç bir yerdə işləmirlər və narkotik vasitlərin satışındna gəlir əldə ediridlər. Həmsöhbətin sözlərinə görə, cinayətkarlar öz fəaliyyətlərində ehtiyatlı idilər, belə ki, narkotik vasitəni yalnız öz tanışlarına bir kibrit qutusunu 2000 rubla satırdılar.

Mahaçqalada marixuana satan iki azərbaycanlı saxlanıldı - FOTO

Mahaçqalada marixuana satan iki azərbaycanlı saxlanıldı - FOTO