» » » Nazir sakinləri incidən məmuru işdən çıxardı

Nazir sakinləri incidən məmuru işdən çıxardı

Nazir sakinləri incidən məmuru işdən çıxardı

Əməliyyatçı ödənişləri qanunsuz olaraq gecikdirib.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sabirabada rayon poçt filialının müştəri xidmətləri şöbəsinin əməliyyatçısı Salamulla Sultanovu vəzifəsindən azad edib. 

ucarliyiq.biz-ın ANS PRESS-ə istinadən məlumatına görə, əməliyyatçının işdən azad olunmasına səbəb vətəndaşlara poçt vasitəsilə ödənilməli olan pulun qanunsuz olaraq gecikdirilməsi olub.

Hadisə nazirin Sabirabad rayonuna səfəri zamanı baş verib. Ramin Quluzadənin tapşırığı ilə vətəndaşlara olan ödənişlər dərhal ödənilib. Əməliyyatçı Salamulla Sultanov isə işdən azad olunub.

Salamulla Sultanov  açıqlamasında vəzifəsindən azad olunduğunu təsdiqləyib. Lakin o öz ərizəsi ilə vəzifəsindən getdiyini deyib. 

“58 yaşım var. 20 ilə yaxındır bu vəzifədə çalışırdım. Şəkərim olduğu üçün tez - tez səhhətim pisləşirdi. Ona görə də ötən gün nazirlə görüş zamanı ərizəmi verdim və işdən azad olunmağımı xahiş edim”,- deyə Salamulla Sultanov bildirib.  

Sabiq əməliyyatçı bildirib ki, onun barəsində mətbuatda yazılanlar isə həqiqətə uyğun deyil. 

“Əgər vəzifəsinin icrasında problem olsaydı, məni ərizəmlə işdən azad etməzdilər. Barəmdə başqa tədbirlər görərdilər. Amma mən öz ərizəmlə vəzifəmdən azad olumuşam. İşimin icrasında problem olmayıb”, - deyə sabiq poçt işçisi bildirdi.