» » » Məhəmməd Əmin Rəsulzadənin vəfatından 61 il ötdü

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 61 il ötdü

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 61 il ötdü

“Azərbaycan, Azərbaycan, Azərbaycan”.

Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür. 

ucarliyiq.biz xəbər verir ki, Şərqdə ilk demokratik respublikanın qurucusu, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında vəfat edib.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. İkinci “Rus-müsəlman” məktəbini bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. 1918-20-ci illərdə Xalq Cümhuriyyətinin qurulmasında əvəzsiz xidmət göstərib. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra uzun müddət xaricdə yaşamağa məcbur olub.

Məhəmməd Əmin Rəsulzadənin qəbri Türkiyənin paytaxtı Ankara şəhərindədir. O, 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini deyib.