» » » Azərbaycanda partlamamış hərbi sursat zərərsizləşdirildi – FOTO

Azərbaycanda partlamamış hərbi sursat zərərsizləşdirildi – FOTO

Azərbaycanda partlamamış hərbi sursat zərərsizləşdirildi – FOTO

ANAMA məlumat yayıb.

2016-cı ilin fevral ayı ərzində 2,378,908 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) ucarliyiq.biz-ə məlumat verilib.

Bildirilir ki, 80 ədəd PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 125 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 318,680,964 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 715,603-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər, Tovuz, Samux, Şəmkir və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

2016-cı ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Azərbaycanda partlamamış hərbi sursat zərərsizləşdirildi – FOTO

Azərbaycanda partlamamış hərbi sursat zərərsizləşdirildi – FOTO

Azərbaycanda partlamamış hərbi sursat zərərsizləşdirildi – FOTO