» » » Heydər Əliyev prospektində sürət həddi dəyişildi

Heydər Əliyev prospektində sürət həddi dəyişildi

Heydər Əliyev prospektində sürət həddi dəyişildi

NİİM məlumat yaydı.

Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında yerləşən sürət portalında Koroğlu metrosu istiqamətində köməkçi yolun birinci hərəkət zolağında sürət həddi 80-km/saatdan 60 km/saata endirilib.

Bu barədə ucarliyiq.biz-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, irəlidə əsas yoldan köməkçi yola keçid olduğu üçün hərəkətin sağa yönləndirilməsi haqqında məlumatverici nişan əlavə edilib.

Mərkəzdən bildirilib ki, bu addım hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.