» » » Kreditini ödəmədi, maaş kartı bloklandı - VİDEO

Kreditini ödəmədi, maaş kartı bloklandı - VİDEO

Kreditini ödəmədi, maaş kartı bloklandı - VİDEO

Hüquqşünaslar müqaviləyə belə bir bəndin salınmasını doğru saymır.

Banklar kredit borcunu ödəməyən müştərilərdən müxtəlif üsullarla vəsaitini geri alır. Ancaq bəzən bu üsullar qanuna zidd olur.

Kredit ödənişini gecikdirdiyinə görə maaşından oldu. Banklardan biri müştərisini bu yolla ödəniş etməyə məcbur edib. 

ucarliyiq.biz-ın məlumatına görə, bankdan Xəzər Xəbər-ə bildirlib ki, müştəri ilə bağlanan müqavilədə qeyd olunub ki, borcalan öhdəliklərini icra etmədikdə borcverən onun hesabındakı məxaric əməliyyatlarına məhdudiyyət qoya bilər. Həmin bankda bütün müştərilərlə bu müqavilə imzalanır.

Hüquqşünaslar isə müqaviləyə belə bir bəndin salınmasını doğru saymır. Çünki müştəriyə əməkhaqqı verən bank yox, işəgötürəndir. Bank  sadəcə, maaşın təqdim edilməsində vasitəçi rolunu oynayır.

Müştəri müqaviləyə imza atsa belə, qeyri-qanuni hala görə bu sənəd etibarsız sayılır.

Müştəri borcu mütəmadi olaraq ödəmirsə, bank onu məhkəməyə verə bilər. Bundan sonra “İcra haqqında qanun”a əsasən hər ay həmin şəxsin aldığı əməkhaqqının yarısı borcun ödənilməsinə yönəlir. Məbləğ kredit götürənin maaşından yalnız bu halda tutula bilər. Bankın istənilən vaxt müştərinin hesabına müdaxiləsi isə yolverilməzdir.