» » » Bakıda üç ölkənin sərhəd rəisləri görüşəcək

Bakıda üç ölkənin sərhəd rəisləri görüşəcək

Bakıda üç ölkənin sərhəd rəisləri görüşəcək

General Qasim Rzayi Azərbaycana gəlir.

Sabah İranın sərhəd qoşunları komandanı, general Qasim Rzayi Azərbaycan səfər edəcək.

İranın Azərbaycandakı səfirliyindən ucarliyiq.biz-ə verilən məlumata görə, səfər Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin dəvəti ilə reallaşacaq və 3 gün davam edəcək. 

Səfirlikdən bildiriblər ki, Q. Rzayi Bakıda ikitrərəfli görüşlər keçirəcək və Azərbaycan, Rusiya, İran sərhəd qoşunları komandanlarının üçtərəfli görüşünə qatılacaq.

Görüşlərdə sərhəd təhlükəsizliyi, narkotik qaçaqmalçılığına qarşı müştərək mübarizə, sərhədlərin qorunması və sair məsələlər müzakirə olunacaq.