» » » “AirBaltic” Azərbaycana uçuşlara başlayır

“AirBaltic” Azərbaycana uçuşlara başlayır

“AirBaltic” Azərbaycana uçuşlara başlayır

“Bu reyslər yay istirahəti üçün ideal olacaq”.

Latviyanın “AirBaltic” aviaşirkəti yayda həyata keçiriləcək yeni istiqamətlərin siyahısını açıqlayıb.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, siyahıda Azərbaycanın da adı var.

Şirkətin yay mövsümündə yeni həyata keçiriləcək uçuş cədvəli:

Nitsa (Fransa), Malta, Bakı (Azərbaycan), Afina, Saloniki, Rodos (hər üçü Yunanıstan), Dubrovnik , Rieka (Xorvatiya), Burqas (Bolqarıstan), Venesiya, Olviya (İtaliya) və Palma-de-Mayorka (İspaniya).

Şirkət nümayəndələrinin sözlərinə görə, bu reyslər yay istirahəti üçün ideal olacaq.