» » » Sumqayıtda ağır qəza: Ölən və yaralanan var

Sumqayıtda ağır qəza: Ölən və yaralanan var

Sumqayıtda ağır qəza: Ölən və yaralanan var

“Opel” idarəetmədən çıxaraq aşıb.

Sumqayıtda ağır yol qəzası baş verib. 

ucarliyiq.biz-ın Lent.az-a istinadən məlumatına görə, şəhərin Koroğlu prospektində 20 yaşlı sürücünün idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. 

Nəticədə avtomobildə olan 21 yaşlı oğlan aldığı xəsarətlərdən həyatını itirib. 

Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırmalar aparılır.