» » » Rejissor Fikrət Əliyev dəfn olundu

Rejissor Fikrət Əliyev dəfn olundu

Rejissor Fikrət Əliyev dəfn olundu

Dəfn mərasimində mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Rejissor Fikrət Əliyev dəfn olunub.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, rejissor Əmircan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi və kollektivi, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Qeyd edək ki, F.Əliyev martın 8-də dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayan F.Əliyev “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq” kimi filmlərin müəllifidir.