» » » Azərbaycanda 120 minə yaxın ailə dövlət yardımı alıb

Azərbaycanda 120 minə yaxın ailə dövlət yardımı alıb

Azərbaycanda 120 minə yaxın ailə dövlət yardımı alıb

Yardımın məbləğı açıqlanıb.

2016-cı ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 119 275 ailə (514149 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb. 

Bu barədə nazirlikdən ucarliyiq.biz-a bildirilib. 

“Hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 151,31 manat təşkil edib. Bu yardımı alan ailələrdə ailə üzvlərinin 47,8%-i və ya 245919 nəfəri yaşı 18-dək ailə üzvlərindən, o cümlədən 16781 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan ibarət olub.

Həmçinin həmin ailələrdə 1 yaşadək olan 6362 nəfər ailə üzvünün hər birinə görə aylıq sosial müavinət də ödənilib. Ünvanlı dövlət sosial yardımı alan ailələrin 33779-u və ya 28,3%-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir”, - deyə ƏƏSMN –dən qeyd edilib. 

Xatırladaq ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətlərin edilməsi artıq elektron qaydada həyata keçirilir və yardım təyinatı prosesi tam avtomatlaşdırılmış şəraitdə yerinə yetirilir.