» » » Ölkə ərazisində 20 dərəcə isti proqnozlaşdırılır

Ölkə ərazisində 20 dərəcə isti proqnozlaşdırılır

Ölkə ərazisində 20 dərəcə isti proqnozlaşdırılır

Şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, şimal küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında martın 10-da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskin olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.