» » » Sürücülər cəriməni 6 aya ödəyəcək - VİDEO

Sürücülər cəriməni 6 aya ödəyəcək - VİDEO

Sürücülər cəriməni 6 aya ödəyəcək - VİDEO

Köhnə Məcəllədə bu möhlət 3 ay idi.

İnzibati xətaya görə verilən cərimələrin ödənişi 6 aya qədər uzadıla bilər.

Bu müddət köhnə İnzibati Xətalar Məcəlləsində 3 ay idi. Məcəlləyə edilən və martın birindən qüvvəyə minmiş dəyişiklik maddi vəziyyəti əl verməyən şəxslərə belə bir hüquq verir.

Yəni qayda pozuntusu törətdiyininə görə cəriməni 6 aya ödəmək olar. Lakin bunun şərtləri var.

Əksər sürücünün xəbəri olmasa da inzibati xətaya görə ödənişlərə verilən möhlət köhnə məcəllədə 3 ay idi. Martın 1-dən qüvvəyə minmiş yeni inzibati xətalar məcəlləsində isə bu müddət 6 aya qədər artırılıb.

Məcəllənin 143.2 maddəsinə görə maddi vəziyyəti aşağı olanlar bu hüquqdan yararlana bilər. Bunun üçün cəriməni tətbiq edən səlahiyyətli şəxsə müraciət etmək lazımdır.

Möhlət verilməsi və yaxud müddətin təyin edilməsi inzibati xətanı tətbiq edən vəzifəli şəxsin hüququdur. Bununla bağlı müraciət ərizə formasında olmalıdır.

Əgər vəzifəli şəxsin qərarı cərimə olunanı qane etməsə bu qərardanda məhkəməyə müraciət etməyə icazə verilir.

Möhlət verildiyi müddətdə heç bir ödəniş edilməyə bilər. Müddət bitdikdən sonra ödəniş tam edilməlidir.

Təcrübədə isə cərimələnən şəxslərin bu hüquqlardan istifadə etməsinə nadir hallarda rast gəlinir. Mütəxəssislə bunu məlumtsızlıqla əlaqləndirir.

Mənbə: Xəzər xəbər