» » » Bakıda sərxoş sürücü polislərin başına oyun açdı – VİDEO

Bakıda sərxoş sürücü polislərin başına oyun açdı – VİDEO

Bakıda sərxoş sürücü polislərin başına oyun açdı – VİDEO

Namazov barəsində inzibati protokol tərtib olunub.

Sürücü Bayram Namazov uzaq vuran işıqlardan istifadə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. 

ucarliyiq.biz Region TV-yə istinadən xəbər verir ki, sərxoş vəziyyətdə olan sürücü yol polis əməkdaşlarına tabe olmaq istəməyib. 

Sürücünün sərxoş olmasını görən polislər onu alkoqol sərxoşluğunu təyin etmə məntəqəsinə dəvət ediblər. Məntəqəyə gələn sürücü müayinədən keçməkdən imtina edib.

Aparılan söhbətlər nəticəsində Bayram Namazov müayinədən keçməyə razılıq verib. Lakin həkimin otağına daxil olandan sonra yenə fikrindən daşınıb. 

Bayram Namazov barəsində inzibati protokol tərtib olunub.