» » » Bakıya yağış yağacaq – PROQNOZ

Bakıya yağış yağacaq – PROQNOZ

Bakıya yağış yağacaq – PROQNOZ

Ayrı-ayrı yerlədə duman olacağı gözlənilir.

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında martın 11-də arabir yağış yağacağı bildirilir. Yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlədə duman olacağı gözlənilir.
Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.