» » » “Həzi Aslanov”da eskalator bir aylıq təmirə dayandırılır

“Həzi Aslanov”da eskalator bir aylıq təmirə dayandırılır

“Həzi Aslanov”da eskalator bir aylıq təmirə dayandırılır

Sabahdan etibarən.

“Həzi Aslanov” stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən ucarliyiq.biz-a məlumat daxil olub.

Məlumatda qeyd edilir ki, bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. Sabahdan etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq. 

Bir saylı eskalatorun aprelin 7-si sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.

“Bakı Metropoliteni” QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.