» » » Azərbaycan sakinləri Dərbəndə üz tuturlar

Azərbaycan sakinləri Dərbəndə üz tuturlar

Azərbaycan sakinləri Dərbəndə üz tuturlar

Onlar əsasən istehlak malları alırlar.

Azərbaycanın şimal hissəsinin sakinləri ərzaq mallarının alışı üçün kütləvi şəkildə Dərbəndə gedirlər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “LezgiYar” məlumat yayıb.

Son zamanlar bu istiqamətdə böyük axın müşahidə edilir. Bu qarşıdan gələn Novruz bayramı ilə əlaqədar ola bilər, insanlar pula qənaət etməyə çalışırlar.  

Azərbaycanda son zamanlar manatın devalvasiyası ilə əlaqədar ərzaqların qiyməti çox bahalaşıb. Azərbaycan ilə qonşu Rusiyada da devalvasiya dalğasının keçməsinə baxmayaraq, amma ərzaq malları almaq üçün Dağıstana yollanırlar.  

Sakinlərin sözlərinə görə, Dərbənddə çox ucuzluqdur.

Məsələn, 10 kq kartofu 170 rubla almaq olar, Azərbaycanda isə bu pula yalnız 3-4 kq kartof almaq olur. Əsasən istehlak malları - yağ, makaron, düyü, kartof və s. alınır.

Yalnız ərzaq almaq sərfəli deyil. Məsələn, Dərbənddə 90-100 rubla (2 manat) olan bir qutu siqaret Azərbaycanda 3,80-4 manat arasıdır. Qiymət fərqi 60-70 fazidir.

Bakı və Sumqayıtdan ərzaq malları üçün sərhəddən kənara çıxanlar çoxdur. Amma limit mövcuddur, sərhəddən 10 kq-dan çox mal keçirmək olmaz.