» » » IDEA İctimai Birliyi ağacəkmə aksiyalarına başladı – FOTO

IDEA İctimai Birliyi ağacəkmə aksiyalarına başladı – FOTO

IDEA İctimai Birliyi ağacəkmə aksiyalarına başladı – FOTO

Fevral-aprel ayları ərzində 1500-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub.

Yaz əkin mövsümü ilə əlaqədar, IDEA İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə paytaxt ərazisində yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması proqramı çərçivəsində davamlı ağacəkmə aksiyalarına başlayıb.

Birlikdən ucarliyiq.biz-a verilən məlumata görə, aksiyalar çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən təhlükəli hesab edilərək kəsilməsi haqqında rəy verilib və ya artıq kəsilmiş qovaq ağaclarının yerinə Abşeron və Bakı şəhərinin torpaq və iqlim şəraitinə uyğun şam, sərv, zeytun, yapon saforası, göyrüş muşmulla, dağdağan ağaclarının əkilməsi planlaşdırılır.

Məlum olduğu kimi, qovaq ağaclarının bir çox fəsadları vardır. Onların bəziləri, yay aylarında çiçəkləyən zaman öz toxumlarını pambığa bənzəyən liflərə bürünmüş formada yayırlar,  bu isə çox hallarda nəfəs yollarına dolaraq öskürəyin yaranmasına və ya allergik reaksiyalara səbəb olur.

Təəssüflər olsun ki, vaxtilə şəhər əkinlərində, xüsusilə də məhəlləarası əkinlərdə xeyli istifadə edilən piramidal qovaq hazırda ən çox təhlükə törədən ağac kimi tanınır. Çünki bu ağacın oduncağı yumşaq olduğu üçün tez zədələnir və zədə yerinə su düşdükdə ağac az müddətdən sonra həmin yerdən çürüyür.

Digər tərəfdən onların kök sistemi də tez çürüyür və küləkli havalarda hündür gövdəsini saxlaya bilməyərək aşır və müəyyən itkilərə səbəb olur.

Beləliklə də, bu ağac növlərinin şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik baxımından, həm də sanitar-gigiyenik baxımdan məqbul hesab edilmir.

Hətta, paytaxtımızda qovaq ağacı ölümlə nəticələnən qəzalara da səbəb olub. Belə ki, 2013-cü ildə qovaq ağacı aşaraq ana və uşağın üstünə düşüb, nəticədə hər ikisi həyatını itirib. Eyni tipli hadisə 2011-ci ildə baş verib və Əzizov Elçin adlı Bakı sakini vəfat edib. Əslində hər iki halda da qovaq ağacları xarici görünüş etibarı ilə sağlam olub, sadəcə güclü külək nəticəsində zəif kök sistemi iri gövdəni saxlaya bilməyib və bədbəxt hadisələr baş verib.

Qovaq ağacları, çox hallarda avtomobillərin, evlərin, eyvanların, elektrik naqilləri və qaz xəttlərinin üzərinə düşərək qəzalı vəziyyətə səbəb olur və insanların əmlaklarına ziyan yetirə bilir.Təkcə 2015-ci il ərzində qəzalı durumda olan qovaq ağacları haqqında  qeydiyyatdan keçmiş müraciətlərin sayı 660-dan çoxdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, IDEA İctimai Birliyi və Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi layihənin icrasına qovaq ağaclarının ən çox əkildiyi və qəzaların daha çox olduğu Nizami rayonundan başlayıb.

5 mart tarixində R. Rüstəmov küçəsində keçirilən ilk ağacəkmə aksiyasında IDEA İctimai Birliyinin könüllüləri də iştirak etmiş kəsilən təhlükəli qovaq ağaclarının yerinə mərhələli şəkildə 500-ə qədər şam, qarağac, sərv və göyrüş ağacları əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilən qovaq ağaclarının yerinə digər ağacların əkilməsi aksiyasını növbəli şəkildə Elşən Süleymanov, Q.Qarayev, Naxçivani, Əliağa Kürçaylı, Şərifli, Nəsimi, B.Nuriyev, İ.İsmayılov, K.Balakişiyev və Ş.Mirzəyev küçələrində, o cümlədən Babək prospekti ərazisində də təşkil edəcəklər.

Ümumilikdə, Nizami rayonundakı qəzalı ağacların yerləşdiyi ərazilərdə fevral-aprel ayları ərzində 1500-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Nizami rayonunun ardından Bakı şəhərinin digər rayonlarında da eyni aksiyalar təşkil olunacaqdır. Bütün tədbirlər mütəmadi olaraq, mətbuatda işıqlandırılacaqdır.

IDEA İctimai Birliyi yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşır və təsis edildiyi dövrdən etibarən IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 5 milyondan artıq ağacın əkilməsinə nail olub.