» » » İsveç mətbuatı azərbaycanlı gəncin qəhrəmanlığından danışır

İsveç mətbuatı azərbaycanlı gəncin qəhrəmanlığından danışır

İsveç mətbuatı azərbaycanlı gəncin qəhrəmanlığından danışır

“Cinayətkar tapançanı mənə tuşladı”.

İsveçin paytaxtı Stokholmda azərbaycanlı Rüfət Mirzəyev qadını silahlı cinayətkarın hücumundan xilas edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə 1news.az məlumat yayıb.

Azərbaycanlının cəsarətli addımı isveç mətbuatında müzakirə edilir, - bu barədə məlumatı “Stockholm Direkt” nəşr edib.

Rüfət Mirzəyev avtomobilindən düşərkən avtobus dayanacağında qadını silahla hədələyən bir nəfəri görür. Qadına tapançanı tuşlayan adam: “Səni öldürəcəm!” qışqırırdı.

Silahsız Rüfət əvvəlcə polis çağırır, daha sonra isə silahlı cinayətkara yaxınlaşaraq onun sakitləşməsini xahiş edir və bildirir ki, o, silahla insanları hədələməməlidir. Cinayətkar qadından əl çəkərək qaçmaq istəyən zaman Rüfət onun arxasınca gedir.

“O soruşanda ki, arxamca nə üçün gəlirsən. Mən cavab verdim ki, polislər artıq gəlir və silahı təhvil ver. Bu zaman cinayətkar tapançanı mənə tərəf tuşladı, mən isə bir hərəkətlə silahı onun əlindən yerə saldım. Bundan sonra cinayətkar qaçmağa başladı. Mən tapançanı əl izim qalmadan götürdüm və polis operatoru ilə əlaqə saxladım. Oradan mənə bildirdilər ki, cinayətkarı izləyim. Mən onun ardınca qaçdım və silahı metronun girişində qoydum. Bildim ki, o qatara minsə qaçacaq, ona görə də onu izlədim”, -  R.Mirzəyev nəşrə bildirib.

Bundan sonra həmvətənlimiz cinayətkarın harada olduğunu bildirib və polis canini saxlayıb. Sən demə, cinayətkarda pnevmatik tapança olub.

“Polis məndən bu cür riskli hərəkəti necə etdiyimi soruşanda, cavab verdim ki, mən silahla hədələnərək qorxan insanlara kömək etmək istədim. Dərhal ona yardım etməli idim”, - Rüfət İsveç mətbuatına bildirib.

Qeyd edək ki, azərbaycanlının cəsarətli addımı İsveç polisi tərəfindən yüksək qarşılanıb. Xüsusən də, Stokholm polis nümayəndəsi Lars Bistrom bəyan edib ki, bu, yaxşı hərəkətdir ki, insanlar cinayətkarı dayandırmağa çalışırlar.

“Bu insan öz imkanlarını sağlam qiymətləndirib və hər şey təhlükəsiz bitib. Əgər cinayətin qurbanına yardım etmək imkanına maliksinizsə, lazımi səviyyədə güc tətbiq edə bilərsiniz”, - L.Bistrom qeyd edib ki, hər zaman polisə müraciət etmək lazımdır.