» » » Böhranda hansı xərci təxirə salmaq tövsiyə edilmir?

Böhranda hansı xərci təxirə salmaq tövsiyə edilmir?

Böhranda hansı xərci təxirə salmaq tövsiyə edilmir?

Onların valideynləri yüksək gəlirə sahib deyillər.

Hər bir ailənin büdcəsində əsas xərclərdən biri məhz övladların təhsil xərcləridir. 

Təbii ki, ailənin gəlirindən asılı olaraq övladlar dövlət və ya özəl məktəbdə, Azərbaycanda və ya xaricdə oxuya bilərlər. Amma təcrübə göstərir ki, heç də gəlirləri çox olan hər bir ailə öz övladlarını xaricdə oxutmur, həmçinin bütün xaricdə oxuyanların hər birinin valideynləri yüksək gəlirə sahib deyillər.

Birincisi son 10 ildə həm Azərbaycan hökumətinin təqdim etdiyi, həm də xarici kollec və universitetlərin təqdim etdiyi təqaüdlərdən yüzlərlə azərbaycanlı gənc faydalanıb və demək olar ki, ailəsinə yük olmadan təmənnasız xaricdə təhsil alıb.

Digər məsələ isə keyfiyyətli təhsilə və onun gətirəcəyi böyük karyera uğurlarına olan inam ilə bağlıdır. Heç də maddi imkanı yaxşı olan hər bir valideyn öz övladını xaricdə oxutmaqda həvəsli deyil.

“British Council” böyük məmnuniyyətlə həm övladlarını xaricdə oxumaqda qəti qərarı olan, həm də bu məsələdə tərəddüddə olan valideynləri 12 mart 2016-cı il tarixində saat 11-dən 16-dək Hilton otelində keçiriləcək Birləşmiş Krallıqda Təhsil Sərgisinə dəvət edir.

Sərgi Azərbaycanda ən populyar təhsil destinasiyalarından biri olan Britaniyanın təhsil sistemi ilə bağlı məlumatlanmaq üçün çox uyğun platformadır. 

Son 3 ildə “British Council” Azərbaycan tərəfindən Bakıda keçirilmiş 5 təhsil sərgisində 10 000-dən artıq tələbə, valideyn, peşəkar şəxslər, biznes nümayəndələri, akademiş işçilər iştirak etmiş və çox yaxşı haldır ki, 2013-cü ildə sərgidə iştirak etmiş şəxslər artıq 2015-ci ildə təhsillərini başa vurub Azərbaycan geri dönüblər. 

Bu sərgi Birləşmiş Krallıqda yüksək reytinqə malik 15 kollec, məktəb və dil kursunun iştirakı ilə keçiriləcək. Bu məktəb və kolleclər şagirdlərin sonradan həm Britaniyanın, həm də dünyanın top universitetlərində təhsilinə birbaşa yol açır.

Məktəb və kolleclərdə həm orta məktəbin son illərini əhatə edən GCSE proqramı üzrə, həm də orta təhsil ilə ali təhsili birləşdirən və müddəti 1 və ya 2 il olan “A Level”, “International Baccalaureate” və “Foundation” proqramları tədris olunur. 

Bundan əlavə iştirakçılar arasında istənilən yaşdan olan şəxslər üçün Londonda və Britaniyanın müxtəlif şəhərlərində ümumi və biznes İngilis dili kursları, eləcə də yay məktəbləri, akademik təhsildən öncə İngilis dili hazırlığı kursları təklif edən iştirakçılar var. Sərgiyə giriş sərbəstdir və öncədən qeydiyyatdan keçmədən belə sərgidə iştirak etmək mümkündür.

Yeri gəlmişkən bu günlərdə 2015-ci ilin 4-cü rübü üzrə Birləşmiş Krallığın immiqrasiya statistikaları da açıqlandı və bu 2015-ci ilin yekun rəqəmlərini müəyyən etməyə imkan verdi. Əgər 10 il öncə, 2005-ci ildə Azərbaycandan olanlar üçün Britaniyaya 500-dən də az təhsil vizası verilmişdirsə, bu rəqəm artaraq hətta 2014-cü ildə 1 200 nəfəri keçmişdir. 

Baxmayaraq ki, ötən ilin fevralında milli valyutanın 35%-lik devalivasiyası olmuş, ancaq Birləşmiş Krallıqda təhsil üçün verilən vizaların sayı 2014-cü il ilə müqayisədə cəmi 16% azalıb. Müqayisə üçün deyək ki, eyni azalma faizi Qazaxstanda qeyd alınıb, Rusiyada isə bu göstərici 50%-ə yaxın olub.

Biz inanırıq ki, ötən olduğu kimi bu il də təhsilə dəyər verən valideynlər övladlarının təhsil arzularını və məqsədlərini reallaşdıra bilmələri üçün bu xərcləri öz büdcələrində təxirə salmayacaqlar.