» » » Bakıda yeni doğulan körpə atılıb

Bakıda yeni doğulan körpə atılıb

Bakıda yeni doğulan körpə atılıb

İsmayılova onu polis əməkdaşlarına təhvil verib.

Bakıda Yasamal rayon sakini Çimnaz İsmayılova qapısının qarşısında yeni doğulan oğlan uşağı tapıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Sputnik-ə Yasamal rayon Polis İdarəsindən bildiriblər.

61 yaşlı qadının sözlərinə görə, o, körpəni saat 18.00-da tapıb. Bir gün uşağı evində saxlayan İsmayılova onu polis əməkdaşlarına təhvil verib.

Hüquq-mühafizə orqanı əməkdaşları 8 saylı təcili yardım stansiyasının həkimləri ilə birgə körpəni 1 saylı uşaq evinə veriblər.

Uşağın anası hələlik müəyyən edilməyib.