» » » Məhkəmə Cahangir Hacıyevin şikayətini təmin etdi

Məhkəmə Cahangir Hacıyevin şikayətini təmin etdi

Məhkəmə Cahangir Hacıyevin şikayətini təmin etdi

Baş Prokurorluğun qərarı qanunsuz hesab edilib.

Bu gün Səbail rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin vəkili Aqil Layıcovun Baş Prokurorluğun qərarının mübahisələndirilməsi ilə bağlı verdiyi müraciətə baxılıb. 

ucarliyiq.biz-ın Trend-ə istinadən verdiyi məlumatına görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müraciət araşdırılıb və qərar qanunsuz hesab edilərək vəkilin şikayəti təmin edilib.

Xatırladaq ki, C.Hacıyev Baş Prokurorluğun qərarı əsasında istintaq hərəkətləri ilə əlaqədar ötən il dekabrın 30-dan bu il yanvarın 21-dək saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb. C.Hacıyevin vəkili A.Layıcov isə qərarı mübahisələndirib və Səbail rayon Məhkəməsinə müraciət edib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.