» » » Bakıda daha bir atəşfəşanlıq olacaq

Bakıda daha bir atəşfəşanlıq olacaq

Bakıda daha bir atəşfəşanlıq olacaq

İcra hakimiyyəti məlumat yaydı.

Bakıda Novruz bayramı ilə əlaqədar daha bir atəşfəşanlıq olacaq.

Bu barədə ucarliyiq.biz-a Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatından bildiriblər.

Məlumata görə, martın 19-da Novruz bayramı münasibətilə Milli Parkda saat 22:00-da möhtəşəm atəşfəşanlıq olacaqdır.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində daha bir atəşfəşanlıq isə martın 15-də saat 19:00-da Heydər Əliyev Sarayının arxasında Azərbaycan Dövlət  Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında baş tutacaq.