» » » “Yaşıl söhbət klubu” layihəsi çərçivəsində ilk görüş keçirildi – FOTO

“Yaşıl söhbət klubu” layihəsi çərçivəsində ilk görüş keçirildi – FOTO

“Yaşıl söhbət klubu” layihəsi çərçivəsində ilk görüş keçirildi – FOTO

IDEA İctimai Birliyinin təşəbbüsü ilə.

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində 2016-cı ilin ilk görüşünü keçirib.  

ucarliyiq.biz xəbər verir ki, görüş 10 mart tarixində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində keçirilib. Klubun ilk görüşündə 30 nəfərdən çox tələbə iştirak edib.

1 saatdan çox davam edən Klubda gənclər ətraf mühitlə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşüb, ekoloji mövzularda aparılan söhbətlərdə və interaktiv oyunlarda iştirak ediblər.

IDEA İctimai Birliyi Yaşıl Söhbət klubu layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start verib. Yaşıl söhbət klubu ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olub.

İştirakçıların müsbət rəylərini nəzərə alaraq, cari ildən də Klubun görüşləri hər ay təşkil ediləcəkdir.

Həm ekoloji, həm də ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən şəxsləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr ediləcək Yaşıl söhbət klubuna qoşulmağa dəvət edirik.

Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_public_union və https://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat veriləcəkdir.