» » » Hacıqabulda KAMAZ aşdı: Ölən var

Hacıqabulda KAMAZ aşdı: Ölən var

Hacıqabulda KAMAZ aşdı: Ölən var

Meyit xilasedicilər tərəfindən çıxarılıb.

Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 105-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb.

KAMAZ markalı 22 BC 360 dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib.

Avtomobildə  meyiti sıxılmış sərnişini FHN-in Hacıqabul Yanğından mühafizə xidmətini xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.