» » » Bulvarda intihar
Bulvarda intihar

Meyit bir gün axtarılıb.

Martın 11 Dənizkənarı Milli Parkda intihar hadisəsi baş verib.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Suya düşmüş vətəndaşın meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.