» » » Nərimanovda polisin reydi zaman qəza oldu – FOTO

Nərimanovda polisin reydi zaman qəza oldu – FOTO

Nərimanovda polisin reydi zaman qəza oldu – FOTO

Yaralılara yardım göstərilib.

Bakının Nərimanov rayonunda zəncirvari yol qəzası baş verib.

ucarliyiq.biz Musavat.com-a istinadən xəbər verir ki, yol polisi əməkdaşları Ziya Bünyadov prospektində reyd keçirən zaman “Hyundai” və “Mercedes” markalı avtomobillərin sürücülərinin sərxoşluğunu yoxlamaq üçün saxlatdırıblar. 

Bu zaman arxadan yüksək sürətlə gələn sərnişin avtobusu “Mercedes”ə, o isə öz növbəsində “Hyundai”yə çırpılıb.

Qəza zamanı “Mercedes”in sürücüsü və avtomobildəki sərnişin xəsarətlər alıblar. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Yoxlama zamanı sərnişin avtobusunun sürücüsünün də sərxoş olduğu müəyyən edilib. O, sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Qəza zamanı avtobusda sərnişin olmayıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

Nərimanovda polisin reydi zaman qəza oldu – FOTO

Nərimanovda polisin reydi zaman qəza oldu – FOTO

Nərimanovda polisin reydi zaman qəza oldu – FOTO