» » » Sinoptiklər istirahət günü üçün yağış proqnozlaşdırırlar

Sinoptiklər istirahət günü üçün yağış proqnozlaşdırırlar

Sinoptiklər istirahət günü üçün yağış proqnozlaşdırırlar

Şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, gündüz isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.