» » » Azərbaycanda ağır qəza: 5 yaralı

Azərbaycanda ağır qəza: 5 yaralı

Azərbaycanda ağır qəza: 5 yaralı

Hadisə Bakı-Qazax magistral yolunda baş verib.

Ucarda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun 235-ci km-də, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

“Zaporoje” və “İnfiniti” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Göyçay rayon sakinləri olan “Zaporoje” markalı minik avtomobilinin sürücüsü 1985-ci il təvəllüdlü Rəhimov Elnur Söhrab oğlu, sərnişinləri 1985-ci il təvəllüdlü Əhmədova Səidə Ramil qızı və onun azyaşlı övladı, 2012-ci il təvəllüdlü Əhmədova Kənan Taleh oğlu, Sumqayıt şəhər sakinləri olan “İnfiniti” markalı minik avtomobilinin sərnişinləri 1956-cı il təvəllüdlü Əliyeva Sənubər Zabit qızı və onun oğlu, 1976-cı il təvəllüdlü Rəhimov Teymur Sabir oğlu xəsarət alıblar.

Xəsarət alanlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.