» » » Berlində etiraz: Qarabağ bizimdir, bizim qalacaq – VİDEO

Berlində etiraz: Qarabağ bizimdir, bizim qalacaq – VİDEO

Berlində etiraz: Qarabağ bizimdir, bizim qalacaq – VİDEO

Həmvətənlərimiz separatçıların “Qarabağ” pavilyonunu Azərbaycan bayrağı altında saxladılar.

Almaniyada yaşayan azərbaycanlı gənclər, diaspora üzvləri Berlində keçirilən Beynəlxalq Turizm Sərgisində erməni təxribatına etiraz ediblər.

ucarliyiq.biz xəbər verir ki, sərgidə Dağlıq Qarabağdakı separatçı rejimin “Qarabağ” adlı pavilyonuna etiraz edən həmvətənlərimiz tədbirin keçirildiyi mərkəzə gələrək, bu pavilyonu böyük Azərbaycan bayrağı ilə əhatəyə alıblar.

Qarabağın Azərbaycanın ayrılmaz, əzəli torpaqları olduğunu bir daha vurğulayan soydaşlarımız sərgidə separatçılara yer verilməsinə kəskin etiraz ediblər. 20 dəqiqə ərzində həmvətənlərimiz “Rədd olsun işğalçılar!”, “Qarabağ bizimdir, bizim olacaq” və “Qarabağ Azərbaycanındır!” şüarları səsləndiriblər.

Həmin görüntüləri təqdim edirik.

Video: Asif Məsimov