» » » “ASAN xidmət”də ölüm hadisəsi

“ASAN xidmət”də ölüm hadisəsi

“ASAN xidmət”də ölüm hadisəsi

Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzində ölüm hadisəsi baş verib.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, "ASAN xidmət" mərkəzinin notarial xidmətindən istifadə edən yaşlı kişinin vəziyyəti qəflətən pisləşib.

Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaq, 70 yaşlı Quliyev Nazim Sədi oğlu dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü güman edilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.