» » » Azərbaycanda 14 yaşlı narkoman var

Azərbaycanda 14 yaşlı narkoman var

Azərbaycanda 14 yaşlı narkoman var

2 nəfər orta məktəb şagirdi narkotiklərə görə məsuliyyətə cəlb olunub.

2015-ci il ərzində Azərbaycanda 2587 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövryyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə bildirilir.

Sənəddə qeyd olunur ki, məsuliyyətə cəlb olunanlardan 7 nəfərin yaşı 18-dək olub. 

“Cinayət məsuliyyətinə cəlb olunanların 565 nəfəri 30 yaşadək, 2015 nəfəri 30 yaşdan yuxarı, 18 nəfəri fəhlə, 7 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 2 nəfəri nəqliyyat işçisi, 2 nəfəri orta məktəb şagirdi, 2261 nəfəri işləməyənlər, 2535 nəfəri kişilər, 52 nəfəri isə qadındır”.

Bundan başqa, hazırda ölkədə yaşı 14 olan bir, yaşı 15-17 civarında olan altı nəfər profilaktik qeydiyyatda olan narkoman var.