» » » Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı

TQDK məlumat yayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən martın 13-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. 

TQDK-dan ucarliyiq.biz-a verilən məlumata görə, nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.