» » » Piyada zolağında kim daha üstündür? - VİDEO

Piyada zolağında kim daha üstündür? - VİDEO

Piyada zolağında kim daha üstündür? - VİDEO

Sürücülər piyadanı görən kimi avtomobili saxlamağa məcbur deyillər.

Adətən piyadalar və sürücülər arasında belə bir fikir var ki, piyada ayağını zolağın üzərinə qoyan kimi hərəkət zolaqlarındakı sürücülər avtomobillərini saxlayıb yol verməlidirlər.

ucarliyiq.biz xəzərxəbər-ə istinadən xəbər verir ki, bu zaman sual yaranır ki, əgər piyada ilə ən son zolaqda hərəkət edən sürücü arasında məsafə çoxdursa buna nə gərək var. 

Piyadalar isə bunun əksini düşünürlər. Bu məsələni tənzimləmək üçün yeni inzibati xətalar məcəlləsinə xüsusi bənd əlavə edilib.

Həm piyadalar, həm də sürücülər keçidlərdə piyadaların mütləq üstünlüyə malik olduqlarını düşünür. Hətta buna görə əksər hallarda sürücülər yol polisi və piyadalar arasında anlaşmazlıq və mübahisələr yaşanırdı. bəzən də piyada keçidinin qarşısında bir avtomobilin dayanması nəqliyyatın hərəkətini ləngidirdi.

Mübahisələrə son qoymaq üçün yeni inzibati xətalar məcəlləsinə xüsusi bənd əlavə edilib. Yeni məcəlləyə görə sürücülər piyadanı görən kimi avtomobili saxlamağa məcbur deyillər.

İnzibati xətalar məcəlləsi sürücələrə piyadalara hansı məsafədə yol vermək lazım olduğu ilə bağlı standart müəyyən etməyib. Bunun özünəxməxsus səbəbləri var.