» » » Təranə Səmədova qəzaya düşdü – FOTO

Təranə Səmədova qəzaya düşdü – FOTO

Təranə Səmədova qəzaya düşdü – FOTO

“Fikrim yayınmışdı”.

Tanınmış prodüsser Təranə Səmədova qəza törədib. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Bakının İnşaatçılar prospektində, Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə baş verib.

Prodüsserin idarə etdiyi “Hyundai” markalı, 90 ST 666 dövlət nömrə nişanlı avtomobil “Range Rover” markalı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, prodüsserin maşınına ciddi ziyan dəyib.

Təranə Səmədova hadisə zamanı tək olduğunu və avtomobili özü idarə etdiyini bildirib: “Fikrim yayınmışdı. Qarşıdakı avtomobil dayandı və mən maşını saxlaya bilmədim”.

Qeyd edək ki, prodüsser Təranə Səmədova ötən ilin noyabrında eyni avtomobildə sükan arxasında sərxoş vəziyyətdə saxlanılmışdı. Yol polisi əməkdaşları “Hyundai” markalı 90 ST 666 dövlət nömrə nişanlı avtomobili saxladıqda sürücü Təranə Səmədova spirtli içki qəbul etdiyi məlum olmuşdu.

Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinədən imtina edən prodüsser Post Patrul Xidmətinin əməkdaşları tərəfindən məcburi qaydada tibbi müayinəyə aparılmışdı.

Təranə Səmədova qəzaya düşdü – FOTO

Təranə Səmədova qəzaya düşdü – FOTO

Təranə Səmədova qəzaya düşdü – FOTO

Təranə Səmədova qəzaya düşdü – FOTO

Təranə Səmədova qəzaya düşdü – FOTO

Təranə Səmədova qəzaya düşdü – FOTO